“Neftçi”nin Andre Şinyaşiki ilə yollarını ayırması gözlənilməz oldu.
Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi.
2023-cü ilin avqustunda transfer olunmuş Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.
Adrian Mutunun dövründə Azərbaycana gələn «sambaçı»nın gedişi iki səbəbdən gerçəkləşib. Cənubi amerikalı legionerin bir gözündə problem varmış. Uzaq məsafəni yaxşı görmürmüş.
Ondan öncəki məşqçilər bunun fərqinə varmasa da, Samir Abasov diqqətli tərpənib. Digər tərəfdən, forvardın ayağından aldığı xəsarətin qısa zamanda sağalmayacağı bilinib.
Atası yapon, anası braziliyalı olan Şinyaşikinin zədəsi bir neçə aya sağalacaqmış. O, bu üzdən Braziliyaya qayıtmaq istədiyini bildirib.
Yönətim Abasovun raportu əsasında onunla danışıqlar aparıb və vida müqaviləsinin şərtlərini razılaşdırıb.
SPORTİNFO.AZ