"Neftçi" baxışa yeni futbolçu dəvət edib. Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, qvineyalı Yamussa Kamaradır.
19 yaşlı hücumameylli yarımmüdafiəçi vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış edib.
O, bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.