“Mən istəyirəm ki, burada da titul qazanım”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç deyib.
Paytaxt təmsilçisində ilk mövsümünü keçirən monteneqrolu legioner ölkəmizdə titul qazanmaq arzusunu dilə gətirib:
“Menecerimlə danışarkən “Neftçi”nin mənimlə maraqlandığını dedi. Maraqlı gəldi.
Çünki klub barədə məlumatım var idi. Ümumiyyətlə, ölkəmdə “Neftçi”ni tanıyırlar.
Bilirlər ki, buranın ən böyük klubudur və zəngin tarixə malikdir. Mən də “Balkani” ilə müqaviləmi titul qazanaraq bitirdim.
Futbolda bəzən gözlənilməz nəticələr də olur. Ümid edirəm ki, biz “Neftçi”ni tezliklə uğurlu dönəminə qaytaracağıq.
İnanırıq ki, Azərbaycan futbolunda, həmçinin Avropa turnirlərində “Neftçi”yə uğurlar qazandıracağıq”.