COP29

“Neftçi”nin yeni baş məşqçisi klub rəhbərliyinə hansı vədlər verib?

26 İyun 20:00 Neftçi 4 901
“Neftçi”nin yeni baş məşqçisi klub rəhbərliyinə hansı vədlər verib?

Bu gün “Neftçi”nin baş məşqçisi vəzifəsinə Roman Qriqorçuk təyin edilib.

Ukraynalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Vaxtilə 3,5 il «Qəbələ»ni çalışdırmış Qriqorçuk böyük məsuliyyətin altına girib.

Klubun idman direktoru Yens Anderssonun köməkçisi Zaur Əzizovun təşəbbüsü və təklifi ilə görəvə gətirilməsi qərara alınan məşqçi çempionluq uğrunda mübarizə aparacaq komanda yaradacağına zəmanət verib.

«Qarabağ»la rəqabətə girəcək heyət formalaşdıracağını vəd edən yeni sükançı həmçinin gələn ilin yayında avrokuboklarda qrup mərhələsinədək irəliləyəcəklərini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?