COP29

“Neftçi”də ilk qolunu vurdu, nənəsi sosial şəbəkələri “dağıtdı” - VİDEO

10 Noyabr 09:50 Neftçi 2 149
“Neftçi”də ilk qolunu vurdu, nənəsi sosial şəbəkələri “dağıtdı” - VİDEO

"Neftçi"nin gənc futbolçusu Murad Məmmədov Premyer Liqada qol hesabını açdı.

13-cü turda “Şamaxı”nı qəbul edən paytaxt təmsilçisinin yarımmüdafiəçisi adını tabloya yazdırdı.

Dördüncü dəqiqədə gözəl zərbəylə fərqlənən Murad indi ikiqat diqqət mərkəzindədir.

Belə ki, onun nənəsi Əfiqə Məmmədova bir reaksiya ilə hamının marağını özünə və nəvəsinə çəkib. O, Muradın qolundan sonra “feysbuk”da rəy bölməsinə “sənə nənən qurban” yazıb.

Nəvəsi

Sosial şəbəkədəki paylaşımında nəvəsini dəstəkləyən Ə.Məmmədova azarkeşlərin və izləyicilərin rəğbətini qazanıb. Çoxları "nənə xeyir-duası belə olar" deyə onu təqdir ediblər.

"Murad birinci dəfə əsas heyətdə meydana çıxmasına baxmayaraq, çox yaxşı oyun nümayiş etdirdi. On bir illik zəhmətin bəhrəsini görürük.

İlk dəfə əsas heyətdə oynayır. Buna baxmayaraq, məhsuldar ötürmə və bir qolla yadda qaldı.

68 yaşım var, 61 ildir, "Neftçi" azarkeşiyəm. Ümid edirəm ki, "Neftçi" yenidən liderliyə yüksələcək.

Nəvəm də komandanın qalib gəlməsində əlindən gələni etməlidir", - deyə Ə.Məmmədova vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!