Samir Abasovu “Neftçi”nin baş məşqçi postunda saxlasalar əgər… VİDEO

15:00 Neftçi 1 499
Samir Abasovu “Neftçi”nin baş məşqçi postunda saxlasalar əgər… VİDEO

«Samir Abasovun sözlərində həqiqət var, hər şey icraçılardan asılıdır».

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, futbolçularından şikayət edən «Neftçi»nin baş məşqçisinə müəyyən mənada haqq qazandırıb.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bu haqda danışan tanınmış teleşərhçi bildirib ki, «ağ-qaralar»ın qeyri-sabit mövsüm keçirməsinin əsas səbəblərindən biri də qol epizodlarından aşağı faizlə istifadə etmələridir.

Abbasov bu yerdə məşhur argentinalı mütəxəssis Marselo Byelsadan misal çəkib, qeyd edib ki, istənilən baş məşqçinin verdiyi tapşırıqlar onu yerinə yetirən futbolçuların səviyyəsinə bağılıdır.

Ekspertin sözlərinə görə, «Neftçi»nin hazırkı heyətini Samir Abasov yığmadığı üçün hər şeyə görə onu qınamaq doğru deyil.

Bunun üçün yalnız növbəti mövsümü gözləmək, sözügedən baş məşqçinin necə bir seleksiya işi aparmasını görmək lazımdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti