
“Neftçi” və “Sabah” arasında keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçının biletləri satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manatdır.
Biletlər “iticket.az” saytı və qarşılaşmanın keçiriləcəyi “Neftçi Arena”nın kassalarında satılacaq. Görüş aprelin 2-də, saat 19:30-da başlayacaq.
Yarımfinal mərhələsinin digər cütünü “Qarabağ”la “Araz-Naxçıvan” formalaşdırıb. Bu komandalar arasında ilk oyun aprelin 2-də, saat 17:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.
Cavab qarşılaşmaları aprelin 23-də keçiriləcək.