COP29

Flavinyo AÇIQLADI: "Neftçi"nin ən yaxşı “11-liy”i... VİDEO

26 Sentyabr 09:40 Neftçi 1 153
Flavinyo AÇIQLADI: "Neftçi"nin ən yaxşı “11-liy”i... VİDEO

“Neftçi”nin sabiq legioneri Flavinyo “CBC Sport”a onlayn qonaq olub.

Braziliyalı eks yarımmüdafiəçi vaxtilə formasını geyindiyi paytaxt təmsilçininin ən yaxşı “11-liy”ini açıqlayıb.

41 yaşlı cənubi amerikalı seçm zamanı şəxsən tanıdığı, çiyin-çiyinə oynadığı futbolçuların adlarını çəkib.

1983-cü il iyul ayının 27-də Braziliyada doğulmuş Flavio Aleks Valensio peşəkar futbol karyerasına elə vətənində başlayıb.

2010-cu ildə "Qremio"dan "Neftçi"yə transfer olunmuş Flavinyo “ağ-qaralar”ın heyətində 174 oyun keçirib.

Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

Avrokuboklarda 22 oyun keçirmiş “sambaçı” Avropa Liqasının qrup mərhələsində də çıxış edib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti