COP29

“Neftçi” rəhbərliyi bu şəxslərə əlavə pul verməyi qərara aldı

6 İyul 09:40 Neftçi 2 426
“Neftçi” rəhbərliyi bu şəxslərə əlavə pul verməyi qərara aldı

“Neftçi” rəhbərliyi klubun Nobel prospektində çalışan əməkdaşlarının əməkhaqqına əlavələr edəcək.

Artım iyul ayından hesablanacaq.

Bu, nə ilə bağlıdır? Məlum olduğu kimi, paytaxt təmsilçisi işçilərini yeməklə təmin etməyi dayandıracaq.

Bununla bağlı artıq klub çalışanlarına bildiriş də göndərilib. Bildirişdə işçilərin 8 iyul tarixindən yeməklə təmin edilməyəcəyi qeyd edilib.

Son qərar ümumilikdə büdcə xərclərini optimallaşdırmaq məqsədi daşıyır. Qida məsrəfi klubun xəzinəsindən hər ay 100 min manatdan çox pul aparır.

Bir neçə gün öncə qida sektorunda müşahidə olunan növbəti bahalaşma dalğası ilə bu xərclərin daha da artması qaçılmazdır.

Odur ki, rəhbərlik bazada yemək yeyən işçilərinin məvacibini artırmağı problemdən çıxış yolu sayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq