COP29

“Neftçi”də Qriqorçukun üzü gülür - “Sumqayıt”la matçdan öncə

28 Sentyabr 18:00 Neftçi 494
“Neftçi”də Qriqorçukun üzü gülür - “Sumqayıt”la matçdan öncə

Mövsümün startından bu yana qələbə üzünə həsrət qalan “Neftçi” 3 xal axtarışındadır.

“Ağ-qaralar”ın “Sumqayıt”la oyunda məqsədi məhz qalibiyyət olacaq.

Doğma meydan amili bakılıların xeyrinə işləyəcək. Təxminən 2 aya yaxındır yenilənmə işləri aparılan “Neftçi Arena” yenidən “Neftçi”nin sərəncamına veriləcək.

Baş məşqçi Roman Qriqorçuku sevindirən məqam “kimyaçılar”la oyuna kollektivin tam şəkildə hazırlaşmasıdır. Belə ki, zədəli və ayağında ağrı olan futbolçuların hamısı həftəiçi tam gücü ilə məşq edib.

Kənarda qalan iki nəfərdir – adı cari mövsümün iştirak ərizəsinə salınmayan Brayan Moreno və bir müddət əvvəl zədələnən Alfa Konte. Hər ikisi qarşılaşmanı kənardan izləmək məcburiyyətindədir.

Yeri gəlmişkən, komandada cəzalı futbolçu(lar) da yoxdur.

Sentyabrın 28-də keçiriləcək “Neftçi” – “Sumqayıt” görüşü saat 19:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti