COP29

“Neftçi” PSJ-nin ulduzunu icarəyə götürmək istəyib?

28 Sentyabr 15:00 Neftçi 1 356
“Neftçi” PSJ-nin ulduzunu icarəyə götürmək istəyib?

Bu yay PSJ-dən ayrılan Layvin Kurzava “Neftçi”nin transfer siyahısında yer almayıb.

Bu barədə paytaxt klubundan redaksiyamıza məlunat verilib.

Bildirilib ki, cinah müdafiəçisinin icarəyə götürülməsi üçün Paris təmsilçisi ilə heç bir danışıqlar aparılmayıb. Nə rəsmi, nə də şifahi şəkildə.

Sosial şəbəkələrdə yayılan iddialara görə, menecerlər fransalı oyunçunu icarəyə götürməyi “Neftçi”yə təklif edib.

Xəbərlərdə qeyd edilir ki, “ağ-qaralar” bu varinatın reallaşmasına razılıq versəydi, Kurzavaya illik 600 min avro ödəmək lazım gələcəkdi.

32 yaşlı müdafiəçi hazırda azad agent statusu daşıyır. “Monako”nun yetirməsi 2010-2015-ci illəri burada keçirib.

Növbəti 9 ildə isə PSJ-yə məxsus olub. O, 2022-2023-cü illərdə icarə əsasında “Fulhem”in formasını geyinib.

Kurzava Fransanın U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.

2014-2019-cu illərdə ölkəsinin əsas millisinə çağırılıb. Bu müddətdə 14 oyuna çıxıb, 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti