COP29

"Neftçi"nin Azərbaycanda işləmiş türkiyəliyə hansı vəzifəni təklif etdiyi bilindi

30 İyun 16:05 Neftçi 1 643
"Neftçi"nin Azərbaycanda işləmiş türkiyəliyə hansı vəzifəni təklif etdiyi bilindi

«Neftçi» Futbol Akademiyasının yeni baş koordinatorunun kimliyi yaxın günlər ərzində dəqiqləşəcək.

2022-ci ilin yayında bu vəzifəyə gətirilən və 2 illik müqavilə imzalanan Camal Bülbülün Azərbaycanı birdəfəlik tərk etməsi artıq sizə məlumdur.

Dünən biz bu barədə oxucularımıza geniş məlumat vermişik. Bildirmişik ki, bakılılar türkiyəli funksionerlə sözləşmənin müddətini uzatmayıb və bu, yeni baş icraçı direktor Seng Sümerin qərarıdır.

O, akademiyaya daha təcrübəli birinin rəhbərlik etməsini istəyir.

Fərrux Mahmudovun yerinə gələn funksionerin namizədi də bizə bəllidir - vaxtilə «Qarabağ» da Qurban Qurbanovun köməkçisi işləmiş, «Qəbələ»ni çalışlırmış, mayda isə «Hatayspor»un idman direktoru postuna qayıtmış Fatih Kavlakdır.

Sonuncu bu dəvətə barmaqarası yanaşmayıb, Super Liqa təmsilçisinin rəhbərliyini aldığı təklif barədə məlumatlandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?