
"Neftçi" azarkeşləri pis günün dostudur".
Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, son 4 ildə "Qarabağ"a qalib gələ bilməyən "ağ-qaralar"a dəstəyini əsirgəməyən bakılı fanatlara tərif yağdırıb.
Tanınmış telejurnalist qeyd edib ki, paytaxt təmsilçisi axır 16 derbidə "köhlən atlar"la bacarmayıb və 11 məğlubiyyətlə üzləşib.
"Neftçi" beş matçdır prinsipial rəqibinə qol vurmağı bacarmadığını xatırladan C.Rzayev nəticə baxımından vəziyyətin çox pis olduğunu vurğulayıb.
Aparıcı hər şeyə rəğmən, "Neftçi" tərəfdarının doğma komandasına münasibəti dəyişməyib, hər dəfə stadiona təşrif buyurur, dəstək verir: "Bilirlər ki, yenə "Qarabağ"a uduzacaqlar, amma ora gedirlər ".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN