COP29

"Neftçi"dən iddialara qısa cavab: "Tezliklə açıqlayacağıq, orada görəcəksiz ki…"

28 İyun 14:00 Neftçi 2 467
"Neftçi"dən iddialara qısa cavab: "Tezliklə açıqlayacağıq, orada görəcəksiz ki…"

"Neftçi" bugünlərdə loqosunu dəyişib.

Yeni loqo ənənəvi ağ-qara fonda hazırlanıb və ilk emblemin konturlarından, klubun adının baş hərfindən və neft buruqlarından isifadə olunub.

Bununla da "ağ-qaralar"ın köklərinə və dəyərlərinə sadiqlik nümayiş etdirilib. Loqonun yuxarı hissəsində ulduz işarəsi yerləşdirilib, aşağısında isə klubun yarandığı tarix yazılıb.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, paytaxt təmsilçisi yeni loqonun hazırlanmasına böyük miqdarda xərc çəkib. Söhbət təqribən 80-100 min manatdan gedir.

Klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndi Sportinfo.az-a açıqlamasında bu informasiyaların gerçəkliklə əlaqəsinin olmadığını bildirib:

"100 min manat? Bu, tamamilə absurd rəqəmdir.

Tezliklə hesabatı açıqlayacağıq. Orada görəcəksiz ki, loqonun işlənməsinə sərf olunan məbləğ göstərilən rəqəmdən qat-qat aşağıdır".

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək