“Neftçi” zəngin tarixə malik olsa da… Balans tam bərabərdir

13 Aprel 02:20 Neftçi 5 530
“Neftçi” zəngin tarixə malik olsa da… Balans tam bərabərdir

Hazırda Premyer Liqanın ikincisi olan “Zirə” 30-cu turda uğursuz mövsüm keçirən “Neftçi”nin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, bu, 2015-ci ildən bəri komandalar arasında 38-ci çempionat oyunu olacaq.

“Neftçi” zəngin tarixə malik olsa da, klublar arasındakı balans tam bərabərdir. Bu ana qədər tərəflər hərəyə 14 dəfə meydanı qalib tərk edib.

Ancaq “Neftçi” vurulan topların sayında üstündür. Qəsəbə təmsilçisi rəqibindən 5 qol geri qalır – 37:42. “Zirə” son iki görüşdə uduzmasına baxmayaraq, axırıncı 4 qarşılaşmanın hamısında rəqib qapısına yol tapmağı bacarıb.

“Neftçi” üçün ən ümidverici məqam uzun müddətdir evdə “Zirə”yə məğlub olmamasıdır. “Ağ-qaralar” son 13 ev matçının 9-da qalib gəlib, 4-də bərabərə qalıb.

Bu, axırıncı 7 ili əhatə edir. Halbuki 2015-2017-ci illər arasındakı ilk 5 səfər matçında “Zirə” rəqibinə uduzmamışdı – 3 qələbə, 2 heç-heçə.

“Neftçi Arena”da baş tutan son 5 çempionat görüşündə qonaq komanda qələbə üzü görməyib. Rəşad Sadıqovun yetirmələri bu uğursuz seriyalara son qoymağa çalışacaq.

Aprelin 13-də keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!
14 Aprel 17:20 Oralarda bir Emil var...
14 Aprel 11:00 Burada sənə YER VAR!