
Avrokubokoar iddiası ilə vidalaşan «Neftçi»də islahatlara start verilib.
Rəsmilər birinci mərhələdə 3 legionerlə bağlı tədbir görməyə qərar verir.
Onlardan biri müqaviləsi bitmək üzrə olan əcnəbidir. Onun diqqətinə çatdırılıb ki, yeni kontrakt imzalanmayacaq.
Düşərgədən ayrılması istənilən digər iki xaricinin sözləşməsi isə 2026-ci ilin yayında başa çatacaq.
Baş məşqçi Samir Abasov rəhbərliyə təqdim etdiyi raportada bu oyunçuların xidmətində maraqlı olmadığını ilk sırada göstərib.
«Ağ-qaralar» həmin legionerlərə müəyyən qədər təzminat qarşılığında müqaviləni ikitərəfli qaydada pozmağı təklif edir.
Paytaxt təmsilçisi ölkə kubokunda «Sabah»a uduzaraq mübarizəni yarımfinal mərhələsində dayandırıb. Premyer Liqada 32 tura 36 xal toplayan «Neftçi» turnir cədvəlinin 6-cı pilləsində yer almaqdadır.
SPORTİNFO.AZ