
"Neftçi"nin mövsümü uğursuz başa vurmasına ən çox üzülənlərdən biri Emin Mahmudov oldu.
Sabiq kapitanın "Sabah"la son oyundan sonra "Bank Respublika Arena"dakı məyusluğu hər kəsin diqqətini çəkdi.
Göz yaşlarına hakim ola bilməyən yarımmüdafiəçi uzun müddət meydanda qaldı.
Məyus halda azarkeşlərə təşəkkür edərək ən sonda paltardəyişmə otağına yollandı.
Onun üzüntüsünə fanatlar da biganə qalmayıb.
Tərəfdarlar sosial şəbəkələrdə Mahmudova dəstək nümayiş etdiriblər:
"İndiki zamanda Emin kimi oyunçudan ayrılmaq, çox lazımsız addım olardı. Bir hələ onun kimisini tapıb gətirsinlər görək".
"Son oyunda ən yaxşı Emin idi. Ən azından digərlərinə baxanda can yandırır, sona qədər oynayır".
"Muqavile uzadılmalıdır".
"Birmənalı şəkildə klubda qalmalıdır".
"Qəti şəkildə qalmalıdır".
"Emin "Neftçi"də qalmalı və karyerasını burada bitirməlidir".
"Emin kimi oyunçular "Neftçi" kimi klublarda həmişə olmur".
"Kapitanlıq sarğısını sahibinə qaytarmaq lazımdır. Emin "Neftçi"də qalmalıdır!".
"Azı 2 il də oynayıb, futbolu "Neftçi"də bitirməlidir".
"Kapitan qalmalıdır".
XANOĞLAN / SPORTİNFO.AZ