Bu hadisə “Neftçi”də bir nəfərin də XOŞUNA GƏLMƏYƏCƏK!

01:50 Neftçi 472
Bu hadisə “Neftçi”də bir nəfərin də XOŞUNA GƏLMƏYƏCƏK!

“Qarabağ” Azərbaycan Kubokunda tarixi rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu “Araz-Naxçıvan”ı üstələyərək finala yüksəlməklə bu uğura nail olub.

12-ci dəfə həlledici qarşılaşmada iştirak hüququ əldə edən “Qarabağ” bu baxımdan “Neftçi”ni geridə qoyub. “Ağ-qaralar” yarımfinalda “Sabah” səddinə ilişərək, 12-ci dəfə finala yüksəlmək şansını əldən verib.

“Qarabağ” indiyə qədər keçirdiyi 11 finalın 8-də kuboku başı üzərinə qaldırmağı bacarıb. “Neftçi”də isə bu titul sayı 6-dır.

Maraqlıdır ki, ağdamlılar son 20 ildə 7 final matçına çıxıb ki, hamısında qalib gəlməyi bacarıb. Bunun 5-i son 10 ildə əldə edilib.

“Qarabağ” Azərbaycan Kubokunun finalında “Sabah”la üz-üzə gələcək. Görüş mayın 31-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!