
"Neftçi"nin maraq dairəsinə düşdüyü iddia edilən “Tobol”un (Qazaxıstan) vingeri İslam Çesnokov daha bir komandanın diqqətini çəkib.
Sportinfo.az "vesti.kz" portalına istinadən xəbər verir ki, Kostanay təmsilçisinin 25 yaşlı üzvü “Harts” və “Boavişta” istəyir.
Fevral ayında Qazaxıstan mətbuatı “Neftçi”nin “Tobol”a sərfəli təklif göndərdiyi bildirmişdi.
Mövsümün əvvəlindən Çesnokov 6 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.