“Neftçi”də yaşadığı bəxtsizlikdən gileyləndi: “Belə olmasaydı…”

24 Aprel 20:40 Neftçi 235
“Neftçi”də yaşadığı bəxtsizlikdən gileyləndi: “Belə olmasaydı…”

“İndiyə qədər bir çox ölkələrdə oynamışam, Azərbaycan Premyer Liqası həqiqətən güclüdür”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri Dembo Darbo deyib.

Qambiyalı hücumçu 2019-cu ildə Avropaya gələndən bu yana Makedoniya, Belarus, Qazaxıstan kimi ölkələrdə top qovub, Birləşmiş Ərəb Əmirliklərində legioner həyatı yaşayıb.

Azərbaycan onun üçün yeni macəra, yeni başlanğıcdır. Buna baxmayaraq, geridə qalan səkkiz ayda özünü yaxşı tərəfdən göstərə bilməyib.

“22 nömrə”ni dinləyək:

“Azərbaycan çempionatındakı oyun fəlsəfəsi mənə xoş gəlir. Əsasən topla oyuna üstünlük verilir, taktiki-texniki bacarıqlar üzə çıxır.

Özüm də bu stili sevirəm.“Qabağa vur, dalınca qaç” prinsipini xoşlamıram. Zədəm olmasaydı, statistik göstəricilərim yaxşı olardı.

“Neftçi”yə gələndə uyğunlaşma dövrünü keçib, qollar vurmağa başlayırdım ki, ağır zədə ilə üzləşdim.

Təxminən beş ay yaşıl meydanlardan uzaq qaldım. Hər gün daha çox çalışıram ki, “Neftçi” formasında qolların davamını gətirim”.

Darbo “ağ-qaralar”ın heyətində meydana çıxdığı 15 oyunda 3 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!