
Premyer Liqanın ardınca Azərbaycan kubokunda uğursuzluq yaşayan “Neftçi”də ayrılıqlar qaçılmazdır.
Baş məşqçi Samir Abasov sərəncamındakı futbolçularln böyük əksəriyyətindən narazıdır.
Mətbuat konfranslarında ad çəkməsə də, dəfələrlə bu barədə danışıb. İndi isə siyahını rəhbərliyə təqdim etməyin vaxtı çatıb.
Yola salınmalı olan namizədlər çoxdur, sadəcə, əksəriyyətinin müqaviləsinin müddəti qarşıdakl iki ildə başa çatacaq. Onlarla mövsümün sonuna yaxın ətraflı söhbət aparılacaq.
Lakin yaxın 2-3 gündə bəzi futbolçuların “Neftçi”dən ayrılacağı böyük ölçüdə dəqiqləşib.
Abasov “təmizləmə əməliyyatına” indidən başlamaq istəyir. Ona görə də narazı qaldığı futbolçuları qarşıdakı bir ayda komandada görmək arzusunda deyil.
Yerdə qalanlarla mayın ikinci yarısında ətraflı söhbət aparılacaq.
HƏBİB / SPORTİNFO.AZ