
"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Sabah"la bərabərə qalıb - 1:1.
İlk oyunda məğlub olan (1:2) "ağ qaralar" mübarizəni dayandırmalı olub.
Bu nəticədən sonra "Forza Neftçi" azarkeş qrupu komandadan üz çevrib.
Fanklub öz sosial şəbəkə hesabından yazdığı postda mövsümün qalan görüşlərini tribunada yer almayacaqları yer alıb.
Paylaşımı olduğu sizə təqdim edirik:
“Möhtəşəm” sezonun “möhtəşəm” finişi.
Əllərinizə-ayaqlarınıza sağlıq deyəcəyik sizdə bunlardan heç biri yoxdur.
Bütün ölkəyə komandaya necə dəstək olmaq lazımdır onu göstərdik.
Siz isə bunun qarşılığında heç nə etmədiniz. Edə bilmədiniz yox, etmədiniz. Çünki edə bilmə potensialınız olsa mövsümün əvvəlindən belə biabırçı oyun sərgiləməzsiniz.
İstəyib-gətirdiyiniz oyunçular “göz oxşayan” oyun göstərir deyə çox fərəhlənirsiniz.
Heç olmasa mövsümün sonuna qədər gətirdiklərinizi geri qaytarın, əziz rəhbərlik.
Mövsümün geri qalanında göstərdiyiniz oyuna layiq dəstək - səssiz tribunalar görəcəksiniz. Nə vaxt əsl futbol oynasaz onda da biz sizi dəstəkləyəcəyik".
XANOĞLAN / SPORTİNFO.AZ