Samir Abasov bu gecə istefaya göndəriləcək, yoxsa..? - SON QƏRAR VERİLDİ!

18:00 Neftçi 1 951
Samir Abasov bu gecə istefaya göndəriləcək, yoxsa..? - SON QƏRAR VERİLDİ!

«Neftçi» rəhbərliyinin gələn mövsümə aid əsas qərarı bəlli olub.

Paytaxt təimsilçisi ötən ilin oktyabrında baş məşqçi postuna gətirdiyi Samir Abasovla yola davam etmək niyyətindədir.

Bununla bağlı uzun müddətdir aparılan danışıqlar artıq başa çatıb. Müşahidə Şurasının əksər üzvləri Roman Qriqorçukun yerinə gəlmiş mütəxəssisə daha 1 il şans verməyin tərəfdarı qismində çıxış edib.

Onların fikrincə, mövcud heyəti Abasov yığmadığı üçün yayı gözləmək lazımdır. Şura üzvləri bu qənaətdədir ki, ukraynalı əvvəlki çalışdırıcı oyunçu seçimi düzgün olmadığından, komanda hazırda qeyri-sabit sezon keçirir.

Hətta «ağ-qaralar» bu gün «Sabah»a uduzub ölkə kubokunda yarımfinal mərhələsinə vəsiqə qazana bilməsə belə, Samir Abasova güldən ağır söz deyən olmayacaq.

Yəni, avrokuboklara son vəsiqə şansı itsə də, o, ilk vaxtlarda olduğu kimi, yenə öz fəaliyyətinə davam edəcək.

Ыumqayıtlı məşqçiyə şərait yaradılacaq ki, ciddi islahatlar aparsın və istədiyi transferləri həyata kençirsin. Başqa sözlə, «yuxarı»dan ona tam dəstək var!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti