
“Qarabağ”la oyun geridə qaldı. Bundan sonra önəmli olan “Sabah”la oyunu düşünməkdir”.
“Neftçi”nin forvardı Dembo Darbo Sportinfo.az-a açıqlamasında qarşıdakı matçla bağlı düşüncələrini bölüşüb.
Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunun “tələbələr”ə uduzan “ağ-qaralar” (1:2) finala yüksəlmək arzusu ilə yaşayır.
Bunun üçün cavab qarşılaşmasında “Sabah”ı məğlub etmək lazım gəlir ki, bu da indiki “Neftçi” adına heç də asan görünmür.
Qambiyalı forvard azarkeşləri ümidləndirəcək sözlərlə yadda qalıb:
“Sabah”ı keçə bilərik. Buna 100 yox, milyon faiz əminəm. Çünki komandamızın nəyə qadir olduğunu görürəm.
Bəzən hansısa rəqibi məğlub etməyin çətinliyini anlayırsan. Ancaq “Sabah” məğlub edə biləcəyimiz komandadır.
Bütün diqqətimizi bu matça yönəldib, qalib gəlmək meydanda lazım olan hər şeyi edəcəyik. Bu oyun bizim üçün final əhəmiyyətilidir.
Azarkeşlərimizi bizə inanmağa və dəstək olmağa çalışıram. Onları sevindirməyə çalışacağıq”.
Bu gün “Bank Respublika Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.
HƏBİB