Türkiyədə bıçaq altına düşdü, "Neftçi"də mövsümü qapatdı

23 Aprel 20:40 Neftçi 211
Türkiyədə bıçaq altına düşdü, "Neftçi"də mövsümü qapatdı

"Neftçi"nin çiynindən zədə almış futbolçusu Emil Səfərov əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə o, İstanbulda artroskopik əməliyyat olunub.

Əməliyyatı uğurla başa çatan Səfərovun iki gün sonra Bakıya qayıdacağı, müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.

E.Səfərov Premyer Liqanın XXIX turunda, aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçda zədələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...
23 Aprel 01:10 AFFA cəzanı yumşaltdı