
“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda qarşılaşacağı “Sabah”la matçın hazırlığını başa çatdırıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə, Bassala Sambu isə cəza səbəbindən bu görüşü buraxacaqlar.
Sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.