
“Neftçi”nin daxilində vəziyyət ürəkaçan deyil.
Bunu komandanın nəticələri, sıralanan uşaq səhvləri açıq şəkildə göstərir. Hətta sıravi azarkeş də hiss edir ki, burda "nəsə" var.
Problem bəzi futbolçuların Samir Abasovla işləmək istəməməsindədir.
Tələbkarlığı və intizamı ilə seçilən mütəxəssis “Neftçi”də növbəti uğurunu qazanacağı halda, rəhbərlikdən heyətin yenilənməsini xahiş (tələb) edəcək.
5-6 nəfərdən başqa digərləri ilə yolların ayrılmasını istəyəcək. Hətta müqaviləsinin müddəti növbəti illərdə başa çatacaq oyunçuları da hansısa şərtlər altında yolmaq məcburiyyəti yaranacaq.
Bunu futbolçuların özləri hamıdan yaxşı bilir. Xüsusən də səviyyəsi “Neftçi”də oynamağa imkan verməyənlər. Söhbət bir neçə yerli və legionerdən gedir.
Yayda çətinliklə üzləşməmək üçün ən sadə çıxış yolu Abasovun yola salınmasına nail olub, yeni baş məşqçinin gəlişini gözləməkdir.
Yeni gələn məşqçi kimin nəyə qadir olduğundan xəbərsiz olacaq deyə, hazırkı futbolçuların böyük əksəriyyəti ixtiyarına veriləcək.
Belələrinə "Neftçi"nin uğur qazanması yox, şəxsi maraqlar - müqavilədəki pullar önəmlidir.
“Zirə”ylə matçda 2 top fərqi ilə öndə olan komandanın necə və hansı səhvlərdən 4 top buraxaraq uduzduğunu hamı gördü. Sonuncu ümid yeri “Sabah”la kubok qarşılaşmasıdır.
Tezliklə səsi çıxar.
Gözləyək.
HƏBİB / SPORTİNFO.AZ