“Neftçi”ni çalışdıran: “Bunu mənim üzərimə yıxmayın” - VİDEO

09:00 Neftçi 128
“Neftçi”ni çalışdıran: “Bunu mənim üzərimə yıxmayın” - VİDEO

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 31-turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Qol vurmaq üçün imkanlarımız oldu. Əfsuslar olsun ki, qapının içindən belə, keçə bilmədik.

Təhlil etsək, rəqibin epizodları da bizdən çox idi. Əsas məsələ elə nəyə görə qol vura bilməməyimizdir.

Mən bu komandaya gələndə həddindən artıq problemlər oldu. Çox çalışdıq, lakin bu il bir çox fərdi səbəblər başımıza bəla oldu.

Azərbaycan derbisidir və bu, başadüşüləndir. İnsanları da anlamaq olar ki, bu derbidir və burada qalib gəlməlisən. Buna söz tapa bilmirəm.

Murada gəldikdə isə, sanki o, özünə gələ bilmir. Biz son vaxtlarda məşqlərdə də onu heç tanıya bilmirik.

Lakin Murad bizim güvəndiyimiz futbolçulardandır və düşünürük ki, o bu səddi aşmalıdır və inşallah aşar.

Bu dörd oyunu da mənim üzərimə yıxmayın. Son iki oyundur ki, mən varam.

“Qarabağ”a uduzmağımız başa düşürəm ki, həddindən artıq ağırdır. Lakin bu, o demək deyil ki, biz Avropaya getməyə layiq deyilik.

Bu, futboldur. Biz də istəyirik ki, buna son qoyaq. İşimiz həddindən artıq çoxdur.

“Qarabağ” oturuşmuş komandadır. “Neftçi” də hər il dəyişən komandadır”.

Digər Xəbərlər
Xəbər Lenti