
“Hələ heç nə bitməyib”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.
Braziliyalı legioner aprelin 23-də “Sabah”a qarşı keçiriləcək kubok oyunundan söz açıb:
“İlk matçda 1:2 hesabı ilə uduzmuşuq. Qarşıda cavab oyunu var.
Vəziyyəti dəyişmək lazımdır. Mütləq geridönüş etməliyik.
Bunun üçün daha yaxşı, daha diqqətli olmalıyıq.
“Sabah”la görüş bizim üçün çox vacibdir. Qələbə üçün canımızı verməliyik”.