“Neftçi” niyə “Qarabağ”a uduzdu” sualına cavab: “5 dəqiqə ərzində sanki...”

13:00 Neftçi 139
“Neftçi” niyə “Qarabağ”a uduzdu” sualına cavab: “5 dəqiqə ərzində sanki...”

“Bu, derbi matçı idi.

“Neftçi” ilə “Qarabağ” arasındakı oyun Azərbaycan futbolu üçün vacib qarşılaşmadır.

Bilirdik ki, çətin görüş olacaq. “Qarabağ” güclü rəqibdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Yuri Matias Premyer Liqanın 31-ci turunda “Qarabağ”a qarşı keçirilən oyun haqda deyib.

Braziliyalı legioner 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyuna yaxşı başladıq. İlk qoldan sonra təxminən 5 dəqiqə ərzində sanki çaşqınlıq yarandı.

Qapımızda ardıcıl qollar gördük. 0:3-dən sonra geridönüş etmək çətin idi. Nə qədər çalışsaq da, məğlubiyyətdən qaçmaq mümkün olmadı”.

Digər Xəbərlər
Xəbər Lenti