Emin Mahmudovdan "Neftçi"də belə-belə işlər!

01:20 Neftçi 113
Emin Mahmudovdan "Neftçi"də belə-belə işlər!

Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib.

Sportinfo.az PLF-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXXI turuna təsadüf edib.

O, “Qarabağ”la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb. Emin Premyer Liqada 201 dəfə “ağ-qaralar”ın formasını geyinib.

O, Azərbaycan Kubokunda 24, avrokuboklarda 25 dəfə “Neftçi”nin heyətində meydana çıxıb.

Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqası çərçivəsində baş tutub.

Mahmudov 250 oyunda 58 qol vurub. O, Premyer Liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...