“Neftçi”nin “Qarabağ”dan geri qalmasına onun reaksiyası necə oldu?

01:00 Neftçi 86
“Neftçi”nin “Qarabağ”dan geri qalmasına onun reaksiyası necə oldu?

"Belə qarşılaşmalar həmişə çətin keçir.

Ümumiyyətlə, “Qarabağ”a qarşı asan oyun olmur.

Meydana qələbə qazanmaq əzmi ilə çıxmışdıq, təəssüf ki, alınmadı. Öz səhvimizdən qollar buraxdıq. Bu da nəticəyə təsir etdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov Premyer Liqanın 31-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyun haqda danışarkən deyib.

O, “Neftçi”nin bütün komponentlərdə “Qarabağ”dan geri qalmasına belə münasibət bildirib:

“Razıyam ki, çətinliklər oldu. İstədiyimiz oyunu sərgiləyə bilmədik.

İkinci hissə toparlanmağa çalışsaq da, yaxaladığımız epizodları dəyərləndirə bilmədik. Halbuki şanslarımızdan istifadə etsəydik, hesab fərqli hesab olardı".

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...