
Azərbaycan Premyer Liqasının 31-ci turu Azərbaycan derbisi ilə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, "Qarabağ" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.
"Neftçi"nin əzəli rəqibi ilə oyunlarda qələbə həsrəti davam edib. "Ağ-qaralar" artıq 18 görüşdür ağdamlılarla qalib gələ bilmirlər.
Bu oyunların 16-sı çempionat, ikisi isə ölkə kubokuna təsadüf edib. Paytaxt təmsilçisi sonuncu dəfə "Qarabağ" 2021-cu il mayın 19-da məğlub edib.
2020/2021 mövsümünün son turunda qalib gələn "Neftçi" çempion titulunu rəsmiləşdirərək, əzəli rəqibinin hegemonluğuna son qoymuşdu.
Həmin dövrdə komandaya Samir Abasov başçılıq etmişdi. Sanki həmin acı məğlubiyyət "Qarabağ" və onun baş məşqçisi Qurban Qurbanova qisas üçün əlavə motivasiya verib.
Bundan sonra Ağdam təmsilçisi "Neftçi" ilə oyunlara fərqli əhval-ruhiyyədə çıxır.