“Neftçi” kuboku qazansa, görün, nələr olacaq, nələr!

18 Aprel 13:00 Neftçi 3 670
“Neftçi” kuboku qazansa, görün, nələr olacaq, nələr!

“Neftçi” bu heyətlə heç nəyə nail ola bilməyəcək.

Baş məşqçi postuna dünyanın ən yaxşısı da gəlsə, mümkün deyil.

Bu futbolçuların “istismar müddəti” çoxdan bitib.

Çempionat yolu ilə avrokuboklara vəsiqə şansı “Zirə” ilə oyunda demək olar tükəndi. Meydanda ayaq sürüyən, rəqibin sürətli hücumları qarşısında çaş-baş qalan, ayaqları ayaqlarına dolaşan futbolçular rəqibin geridönüş etməsinə necə lazımdır şərait yaratdı.

Öbu performansla ölkə kubokunu qazanmaq belə, möcüzə olar. Lap deyək ki, kubok gəldi “Neftçi”nin muzeyinə.

Bu, baş versə “Neftçi”nin dərdi birə-beş artaracaq. Mövsüm başa çatan kimi tələm-tələsiyə düşən Samir Abasovun transferlərdə hədəfi düzgün nişan alması sual altına düşəcək. Komandanı yeniləmək, təzə gələn futbolçulara futbol fəlsəfəsini aşılamaq bir ayın işi deyil. Azı iki ay mütlədir.

Avropa Liqasındakı rəqiblər də maşallah, biri o birindən güclüdür. “Neftçi”nin qabağına çıxan ya bu, ya da yenilənmiş komandanı birnəfəsə keçəcək. Vəziyyət gərginləşəcək, təzyiq və narazılıq dalğası artacaq, psixoloji durum yenə pisə dəyişəcək.

Bu gün yeganə çıxış yolu “ağ-qaralar”ın avrokuboklardan kənarda qalmasıdır. Abasov komandanı “artıqlar”dan azad etməli, daha sağlam və keyfiyyətli futbolçulara üstünlük verməlidir. Roman Qriqorçukun lazımsız transferlərlə məhv etdiyi komanda yenidən qurulmalıdır.

Odur ki, əsl “Neftçi”ni görmək istəyənlər lazımsız avrokubok xəyalından əl çəkməli, bir az da səbr edərək kollektivin təzələnməsinə tamaşa etməlidir.

Baş məşqçini dəyişmək, xüsusən də hansısa əcnəbini gətirmək yersiz qərar olar. Abasovun gəlişindən sonra “Neftçi”nin oyununda müəyyən inkişafın olması göz qabağındadır. Məşqçilər heyətinə güvənərək heyətin azı 50 faizini dəyişmək ən doğru qərardır.

Ancaq bu futbolçularla xəyalları həyata keçirmək yalan vəddən başqa heç nə deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"