
“İki aprel həmişə mənim üçün xüsusi önəm daşıyır“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin braziliyalı legioneri Yuri Matias deyib.
Azərbaycanda ikinci mövsümünü keçirən cənubi amerikalı legioner maraqlı etiraf edib. O, ölkə kubokunun yarımfinal mərhələsinin “Sabah“la ilk matçında yerinə yetirdiyi penalti zərbəsindən danışıb.
“Sambaçı“ qapıçının qaytardığı “yuvarlaq meşin“i təkrar vuruşla tora göndərdiyi anda autizm sindromlu oğluna görə emosiyalara qapıldığını gizlətməyib:
“Çünki oğlum autizmdən əziyyət çəkir. Bütün günü emosiyalar içində olmuşam, təsirlənmişəm.
Penaltini vurmaq istəyim də onlara görə idi. Odur ki, autizmli uşaqlara görə döyüşürdüm.
Bu, mənim üçün çox vacibdir”.