Emin Mahmudov “Neftçi”də hər kəsin əhvalını düzəltdi

17 Aprel 12:40 Neftçi 1 630
Emin Mahmudov “Neftçi”də hər kəsin əhvalını düzəltdi

Zədə səbəbindən son turlarda meydana çıxa bilməyən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov artıq kollektivlə məşqlərə qayıdıb.

Sportinfo.az xəbər verir ki, futbolçu Premyer Liqanın 31-ci turunun “Qarabağ”a qarşı görüşünün hazırlıqlarında iştirak edir.

Mahmudovun Azərbaycan derbisinə hazır olacağı gözlənilir. Lakin Emil Səfərov, Renosuke Ohori və Robert Bauer zədə səbəbindən “Qarabağ”a qarşı oynamayacaq.

“Qarabağ” – “Neftçi” görüşü aprelin 19-da keçiriləcək və görüşə 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!