“Neftçi”dən iki oyunçuya icarə təklifi aldı, danışıqlar başladı – SON DƏQİQƏ

16 Aprel 16:00 Neftçi 2 846
“Neftçi”dən iki oyunçuya icarə təklifi aldı, danışıqlar başladı – SON DƏQİQƏ

«Neftçi»nin iki yetirməsi növbəti mövsümü başqa komandada keçirə bilər.

Bu barədə «ağ-qaralar»ın düşərgəsindən saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumatda qeyd olunur ki, Murad Məmmədov və Ağadadaş Salyanskiyə görə kluba təklif gəlib.

«Şamaxı» hər iki gənc futbolçunu birillik icarəyə götürmək niyyəti ilə paytaxt təmsilçisinin qapısını döyüb.

Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

Gələn sezondan Premyer Liqada legioner limiti ləğv olunacağından, bu cavanların tez-tez qans qazanacağı inandırıcı görünmür. Odur ki, «şirlər» adlarını çəkdiyimiz vinger və hücumçunu Bakıdan əyalətə aparmaq niyyətindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!