
“Neftçi”nin formasının çəkisi elə 1 xala bərabərdir.
Görünən odur ki, Samir Abasov nələrisə dəyişməyə cəhd etsə də, nəticəsiz qalmaqdadır.
Komanda “sil başdan” dəyişilməlidir. Hazırki futbolçu qrupundan nəticə gözləmək mənasızdır.
Yeganə şansı ölkə kubokudur. Burada nəticə olmasa, baş məşqçi qarışıq bir çoxları ilə yollar ayrılmalıdır”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 30-cu tur barədə şərhlər verilib.
“Zirə”də Rəşad Sadıqov faktorundan danışan tanınmış jurnalist komandada taktiki nizam-intizamın yaradılmasının mükəmməl nəticələri haqda fikirlər səsləndirib.
Hesabat turunda digər qarşılaşmalara da diqqət ayıran E.Cəfərov “Turan Tovuz” – “Sabah” matçında meydan sahibərinin hansı üstünlük sayəsində 2:1 hesablı qələbə qazanmağına da toxunub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN