
"Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərovun mövsümün qalan hissəsini buraxmaq ehtimalı yüksəkdir.
Premyer Liqanın 29-cu turunun "Şamaxı" ilə oyununda (2:0) çiynindən zədələnən Səfərov matçı davam etdirə bilməmiş və əvəzlənmişdi.
Sportinfo.az xəbər verir ki, onun əməliyyat ediləcəyi gözlənilir.
Səfərovun sağalaraq kollektivə qoşulması isə mövsümün sonuna təsadüf edəcəyi ehtimal edilir.