
“Neftçi” qapıçısı Rza Cəfərovun “Rakov”a mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibıt bildirib.
Klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı Sportinfo.az-a açıqlamasında Polşa klubundan onlara hələlik rəsmi təklifin gəlmədiyini söyləyib.
Press-ateşe hazırda tərəflər arasında şifahi danışıqların aparılmadığını da vurğulayıb.
22 yaşlı qapıçının xidmətinə maraq göstərən Polşa çempionatının lideridir.
Polyaklar «Neftçi»nin yetirməsinə görə təzminat ödəmək niyyətindədir. Məbləğ isə kifayət qədər cəlbedicidir. Söhbət 150 min avrodan gedir.
Polşalılar həmyerlimiz üçün bu qədər məbləğdən keçməyə hazırdır.
«Neftçi» yönətimi də bu keçidin gerçəkləşməsinə müsbət yanaşır. Samir Abasov da həmçinin.
Bəs səbəbkarın özü? Cəfərov legioner həyatı yaşamağa həvəslidir.
«Rakov» azərbaycanlı futbolsevərlərə 2023-cü ilin yayından yaxşı tanışdır. Ekstraklasanın indiki lideri həmin il Çempionlar Liqasının ikinci təsnifat mərhələsində «Qarabağ»a rəqib olub.
Azərbaycan çempionu səfərdə 2:3 hesabıyla uduzub, evdə isə 1:1 oynayıb və mübarizəni dayandırıb.
Polşa çempionatında 27 tur arxada qalıb. «Rakov» 56 xalla turnir cədvəlinə başçılıq edir.