“Neftçi”də problemi olanların SON DURUMU

12 Aprel 17:00 Neftçi 692
“Neftçi”də problemi olanların SON DURUMU

İki cəbhədə mübarizə aparan “Neftçi”də zədəlilərin çoxluğu narahatlıq yaradır.

Bu səbəbdən “Şamaxı” ilə səfər matçında bəzi futbolçular forma şansı qazanmamışdı.

Xeyli vaxtdır zədəsini müalicə etdirən Andrey Ştoqrin komanda ilə məşqlərə start verib.

Şamaxıda meydana çıxmayan Yuri Matias, oyunun ikinci yarısında zədələnərək meydanı tərk edən Rafael Quzzo da kollektiv çalışmalarda iştirak edib.

Emin Mahmudovla Mustafa Sek isə həftəiçi fərdi məşqlə kifayətləniblər. Onların “Zirə”yə qarşı oynaması sual altındadır.

Rza Cəfərova gəlincə, səhhətində narahatlıq yaşanan, həmçinin belində ağrılar hiss edən qapıçı tam gücü ilə məşq edə bilmir. Oyun gününə qədər hazır olub-olmayacağı müalicənin gedişatından asılıdır.

“Sabah”la kubok matçında xəsarət alaraq uzun müddətə sıradan çıxan Ryonosuke Ohoriyə Emil Səfərov də qoşulub. 22 yaşlı futbolçunun əməliyyat olunacağı gözlənilir. Ohori ilə Səfərovun “Zirə”ylə forma şansı qazanmayacaqları dəqiqdir.

Aprelin 13-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Zirə” qarşılaşması saat 19:15-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"