“Neftçi”nin müdafiəçisi dedi - "Qarabağ"ı görmək istəyir, yoxsa..?

11 Aprel 00:50 Neftçi 1 168
“Neftçi”nin müdafiəçisi dedi - "Qarabağ"ı görmək istəyir, yoxsa..?

"Neftçi" Premyer Liqanın 29-cu turunda səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın sağ cinah müdafiəçisi Ervin Koffi matç haqda sualları cavablandırıb.

– Oyunla bağlı fikirlərini bölüşərdin...

– Bizim üçün heç də asan olmadı. Süni örtüklü meydançada oynayırdıq. Komandamızın bir neçə oyunçusu zədəlidir, lakin buna baxmayaraq qələbə qazandıq. Buna görə xoşbəxtik.

– Baş məşqçiniz Samir Abasovun yoxluğu hiss olundu?

– Fasilədə soyunub-geyinmə otağında bizimlə birgə idi. Onun istəklərini, tapşırıqlarını dinlədik. Baş məşqçimiz bu gün yerində – texniki zonada deyildi, amma onu meydanın kənarında hiss etdik.

– Növbəti turda "Zirə" ilə qarşılaşacaqsız. Bu oyunla bağlı fikirlərin necədir?

– Böyük oyun olacaq. "Zirə" çox yaxşı kollektivdir. Komandama inanıram və həmin matçda da yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Azərbaycan kubokunda "Sabah"la cavab matçı haqda nə düşünürsən? Səncə, finala vəsiqə qazana biləcəksiz?

– Bu, hələ son deyil. Geridönüş etmək üçün bütün gücümüzü ortaya qoyacağıq. Buna inanırıq.

– Əgər finala vəsiqə qazansaz, "Qarabağ", yoxsa "Araz-Naxçıvan"ı rəqib görmək istərdiz?

– Bu barədə nəsə deyə bilmərəm. Komandama inanıram. Hansı rəqiblə qarşılaşsaq, kuboku qazanmaq üçün oynayacağıq.

Digər Xəbərlər
Xəbər Lenti