“Neftçi”yə hər ay 55 min dollar maaş alan hücumçu lazımdır, yoxsa o?

10 Aprel 19:40 Neftçi 3 642
“Neftçi”yə hər ay 55 min dollar maaş alan hücumçu lazımdır, yoxsa o?

Flip Ozobiçin «Neftçi» ilə müqaviləsi başa çatır.

Yaxınlarda yeni təklif almasa, yayın ilk ayında azad agent statusu alacaq.

Yəqin ki, Azərbaycanı tərk etməyəcək. Premyer Liqada özünə dördüncü komanda tapmağa çətinlik çəkməyəcək.

Xorvatiyalı «Neftçi»yə lazımdırmı? Bu suala kimi «hə», kimi «yox» deyə bilər. Bəndənizin fikri sizi maraqlandırırsa, qoy düzünü deyim:

Şamaxıda meydana çıxan yarımmüdafiəçi «Neftçi»yə hələ çox lazımdır. Əvvəlki turlarda izlədiyimiz Ozobiç isə qətiyyən!

«Neftçi» Şirvan səfərində yaxşı təsir bağışladı. Ürəkli oynadılar. Təqribən 50-55 dəqiqə üstünlüyü öz əllərində saxladılar.

Samir Abasovun istəyi bundan daha artıqdır.

Baş məşqçinin fikirləşdiyi oyun modelinin davamlı tətbiqi üçün heç nə yox, 11 futbolçunun hamısının Ozobiç kimi oynaması şərtdir. Gərək oyun seçməsinlər, həmişə belə mübarizə aparsınlar.

Ramil Şeydayev uzun müddət sonra əsas heyətdə meydana ayaq basdı. Samir Abasovun ona yenə bu şansı tanıyacağını düşünürəm.

Şeydayevin yaya qədər vaxtı var, özünü göstərməsə, iyunda yola salınacan.

Ayda 55 min dollar maaş alan hücumçu yalnız penalti vurarkən kameralara tuş gəlməməlidir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti