
“Şamaxı” ilə səfər oyunları təkcə bizim üçün deyil, bütün klublar üçün çətin səfər sayılır.
İstər meydança amili, istərsə də havanın isti olması yaxşı oyun göstərməyə mane olur”.
bunu “Neftçi”nin müdafiəçisi Azər Salahlı deyib.
O, Premyer Liqanın 29-cu turunda “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb:
“Bütün bunlara baxmayaraq, yaxşı oyun göstərdik, nəticədə də istədiyimizə nail olub qələbə qazana bildik. Bu qalibiyyət bizim üçün vacib idi”.