"Neftçi"dəki balkanlı: "O, bizə çox inanırdı və heç bir bəhanə istəmirdi"

10 Aprel 09:20 Neftçi 898
"Neftçi"dəki balkanlı: "O, bizə çox inanırdı və heç bir bəhanə istəmirdi"

"Samir Abasov bizə inanırdı və heç bir bəhanə istəmirdi".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Neftçi"nin futbolçusu Edvin Kuç deyib.

Monteneqrolu yarımmüdafiəçi Premyer Liqanın XXIX turunda "Şamaxı"nı məğlub etdikləri oyun barədə danışıb:

"Bu görüş bizim üçün çox vacib idi. Qələbə qazanmalı idik və bunu bacardıq.

Şamaxıya yollanarkən hamı bir nəfər kimi qalibiyyətə köklənmişdi. Baş məşqçi Samir Abasov bizə çox inanırdı və heç bir bəhanə istəmirdi. Çətin səfərdən qələbə ilə döndüyümüz üçün çox xoşbəxtik".

O, komandada zədəli futbolçuların sayının çox olduğunu xatırladıb:

"Mövsümün əvvəlindən bu yana zədələr başımıza bəla olub. İnanmıram ki, hansısa klubda bu qədər zədəli futbolçu olsun.

Komandadakı çatışmazlıqlara baxmayaraq, "Şamaxı" ilə matçda keyfiyyətli və xarakterli oyun sərgiləməyi bacardıq. Düşünürəm ki, layiqli qələbə qazandıq".

Şamaxı" - "Neftçi" qarşılaşması "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisi 35 xalla altıncı sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti