
Abdullah Avcının Azərbaycanda hansı komandadan təklif aldığı müəyyənləşib.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 61 yaşlı məşqçinin AFFA-nın maraq dairəsində olmadığı bəlli olub.
O, “Neftçi”nin diqqət mərkəzindədir.
Bakı klubu mövsümün sonunda bu təyinatın reallaşmasında maraqlıdır. Lakin Avcını baş məşqçi postuna gətirmək heç də asan olmayacaq.
Çünki onun Səudiyyə Ərəbistanı klublarından biri ilə də danışıq apardığı bildirilir. Təcrübəli mütəxəssis hələ ki, hansı ölkədə çalışacağına qərar verməyib.
Hər iki variant növbəti mövsümlə bağlı olduğundan, çalışdırıcı son sözünü deməyə tələsmir.
“Neftçi” mövsümün gedişində baş məşqçi postuna Samir Abasovu gətirsə də, komanda uğursuz çıxışını davam etdirir. “Ağ-qaralar” Premyer Liqada 28 turdan sonra 32 xalla 6-cı pillədə qərarlaşıb.
Amma Türiyə mətbuatında yazılanlara da çox inanmaq olmur. Belə xəbərlər adətən reklam xarakterli olur. Avcının adı illərdi Azərbaycanın hansısa komandası ilə yanaşı çəkilir, lakin hər dəfə də reallaşmır.