“Neftçi”nin hücumçusu ilə əlaqəli MARAQLI MƏLUMAT

10 Aprel 01:50 Neftçi 1 043
“Neftçi”nin hücumçusu ilə əlaqəli MARAQLI MƏLUMAT

“Neftçi”nin forvardı Ramil Şeydayev Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

Sportinfo.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXIX turuna təsadüf edib.

“Şamaxı” ilə səfər matçının (2:0) 42-ci dəqiqəsində penaltidən yararlanan 29 yaşlı hücumçu 40-cı qolunu 127-ci oyununda vurub. O, “Qarabağ”da 30 (75 oyun), “Sabah”da 6 (28 oyun), “Neftçi”də 4 (24 oyun) dəfə fərqlənib.

Ramil ölkə çempionatları tarixində 40 və daha çox qola imza atan 67-ci futbolçudur.

Şeydayev bu göstəricidə Mehman Allahverdiyev, Fernando Peres və Junivan Suaresə çatıb.

Digər Xəbərlər
Xəbər Lenti