"Neftçi"yə titullar qazanmaq üçün gəlmişəm" - Əcnəbi MÜSAHİB

13 Aprel 09:25 Neftçi 1 039
"Neftçi"yə titullar qazanmaq üçün gəlmişəm" - Əcnəbi MÜSAHİB

"Neftçi"nin monteneqrolu yarımmüdafiəçisi Edvin Kuç Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 29-cu turunda "Şamaxı"nı 2:0 hesabıyla məğlub etdiz. Qələbə təəssüratların necədir?

- Çətin oyun gözlədiyini bilirdik. Bundan əlavə 8 nəfər zədəli oyunçumuz vardı. Buna rəğmən xarakter göstərə bildik. Onların yoxluğunu hiss etdirmədik. Göstərdik ki, biz "Neftçi"yik.

- Ölkə kubokunda "Sabah"a məğlubiyyətdən sonra bugünkü matç üçün toparlanmaq çətin olmadı?

- Düzdü, vacib oyunda evdə məğlubiyyət almışdıq. Buna baxmayaraq kubokda da şanslarımız davam edir. Sona qədər mücadilə aparacağıq. "Neftçi"yə titullar qazanmaq üçün gəlmişəm. Çətin vəziyyətə özümüz düşmüşük. Bu durumdan da özümüz çıxmalıyıq.

- Bunun üçün sabit nəticələr qazanmaq əsas şərtdir...

- Əlbəttə. Hamı meydanda başverənləri görür. Daxildə yaşananları heç kim bilmir.

- Məsələn, nələri?

- Hər oyun fərqli heyətlə meydana çıxmaq məcburiyyətindəyik. Fərqli sistemdə oynayırıq. Bu da stabil çıxış etməyə mane olur. Məncə, normal haldır. Bu gün 7-8 aydı oynamayan futbolçumuz meydanda ən yaxşılardan idi. Bəzən mən özüm də alışmadığım mövqelərdə oynamağa məcbur qalıram. Baş məşqçimizin tapşırığını yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, sona qədər mübarizə apararaq istəyimizə çatacağıq.

- "Neftçi" üçün liqadan da avrokuboklara getmək şansları qalır. Lakin daha çox ölkə kubokuna köklənməklə çempionatın bir qədər arxa plana düşdüyünü görürük. Razısan?

- Biz oyundan-oyuna fikirləşirik. Növbəti rəqib kimdirsə ona köklənirik. Son 7 tur qalır. Həm "Sabah", həm də "Turan"la şəxsi oyunlarımız var. Hər iki turnirdə sona kimi mübarizə aparacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti