
“Neftçi”ylə “Sabah” arasında baş tutan görüşdə meydan sahiblərinin yeganə qoluna Yuri Matias imzasını yazdırdı.
Lakin bu dəfə cərimə, yaxud künc zərbəsindən gələn topa başla toxunmadı.
Əliyar Ağayevin “tələbələr”in qapısına təyin etdiyi penalti nöqtəsinə yaxınlaşan braziliyalı müdafiəçinin ilk zərbəsini Stas Pokatilov dəf etsə də, Yuri təkrar zərbə ilə istəyinə çatdı.
Meydanda Ramil Şeydayev, Edin Kuç, Ağadadaş Salyanski, Elvin Camalov kimi yarımmüdafiə və hücum xəttinin üzvləri varkən topa niyə məhz mərkəz müdafiəçisi yaxınlaşdı?
Yuri Sportinfo.az-ın sualını cavablandırıb:
“Normalda komandamızın ştatlı penalti vuranları Emin Mahmudovla Filip Ozobiçdir. Lakin həmin an heç biri meydanda deyildi.
Özümü psixoloji baxımdan hazır hiss edirdim deyə, dərhal topu götürdüm. Düzdür, ilk şansı qaçırdım, ancaq insan çox çalışanda Allah ona ikinci şansı verir”.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Neftçi” - “Sabah” dueli qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Cavab görüşü aprelin 23-də “Bank Respublika Arena”da keçiriləcək.
HƏBİB