Azərbaycanlı qapıçıya dəvət göndərən Avropa klubunun adı YALNIZ BİZDƏ!

9 Aprel 10:40 Neftçi 3 906
Azərbaycanlı qapıçıya dəvət göndərən Avropa klubunun adı YALNIZ BİZDƏ!

Azərbaycan millisinin və «Neftçi»nin qapıçısı Rza Cəfərovu transfer etmək istəyən klubun adı bizə məlum olub.

Əldə etdiyimiz informasiyaya görə, 22 yaşlı qapıçının xidmətinə maraq göstərən «Rakov»dur.

Polşa çempionatının lideri gənc kiperə görə «ağ-qaralar»a rəsmi təklif göndərib.

Hazırda iki klub arasında danışıqlar gedir. Polyaklar «Neftçi»nin yetirməsinə görə təzminat ödəmək niyyətindədir. Hər halda qarşı tərəf bunu bakılı həmkarlarının diqqətinə çatdırıb.

«Neftçi» yönətimi bu keçidin gerçəkləşməsinə müsbət yanaşır. Samir Abasov da həmçinin.

Bəs səbəbkarın özü? Cəfərov legioner həyatı yaşamağa həvəslidir.

«Rakov» azərbaycanlı futbolsevərlərə 2023-cü ilin yayından yaxşı tanışdır. Ekstraklasanın indiki lideri həmin il Çempionlar Liqasının ikinci təsnifat mərhələsində «Qarabağ»a rəqib olub.

Azərbaycan çempionu səfərdə 2:3 hesabıyla uduzub, evdə isə 1:1 oynayıb və mübarizəni dayandırıb.

Polşa çempionatında 27 tur arxada qalıb. «Rakov» 56 xalla turnir cədvəlinə başçılıq edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti